Ölkə

Səfər Əbiyev Fransa səfirini qəbul edib

Görüşdə hərbi əlaqələri və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

· Xəbərçi
Səfər Əbiyev Fransa səfirini qəbul edib
İyulun 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeni qəbul edib. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Fransa-Azərbaycan hərbi əlaqələri və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər