Daha bir saxta içki istehsalçısı üzə çıxdı
14 İyul 2012 Şənbə 19:16
Yoxlama zamanı düşes və tərxun içkilərinin müvafiq reseptura olmadan istehsal edildiyi məlum olub.
Bakıda daha bir keyfiyyətsiz sərinləşdirici içki istehsalı faktı aşkarlanıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, I Mədən ünvanında Zəminə Zeynalovaya məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı düşes və tərxun sərinləşdirici içkilərinin müvafiq reseptura olmadan istehsal edildiyi, həmin məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, habelə məhsulların enerji dəyəri barədə məlumatların heç bir normativ sənədə əsaslanmadan təyin edildiyi aşkarlanıb.
Müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Araşdırmalar davam edir.
DOSTLARINLA PAYLAŞ: