Ölkə

Bugün İsmayıllıda qaz olmayacaq

Təmir işləri aparılan müddətdə İsmayıllı rayonunun 5 kəndinə təbii qazın verilişində fasilələr yaranacaq.

· Xəbərçi
Bugün İsmayıllıda qaz olmayacaq
İsmayıllı rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabah 18 iyul tarixində saat 10:00-dan 17:00-dək “İsmayıllı” və “Talıstan” Qazpaylayıcı Stansiyalarında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə İsmayıllı şəhərinə, eləcə də rayonun Talıstan, Təzəkənd, Yeniyol, Buynuz və Topçu kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Şərhlər