Bu günün tarixi (31.07.2012)
31 İyul 2012 Çərşənbə Axşamı 07:38
Miladi: 31 iyul 2012Hicri: 11 ramazan 1433
Miladi: 31 iyul 2012
Hicri: 11 ramazan 1433
İlin 213-cü günü
İlin sonuna 152 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 05.07
Günəş - 06.36
Zöhr - 13.47
Əsr - 18.22
Məğrib – 21.13
İşa – 22.48
1918 - Daşnak-bolşevik "Bakı Soveti"də parçalanma baş verib. Erməni daşnaklar eser və menşeviklərlə birləşərək bolşevik hökumətini - Şaumyanın başçılıq etdiyi Bakı Kommunasını deviriblər. Parçalanma Qafqaz İslam Ordusunun Bakıya yürüşünü önləmək üçün atılacaq addımlarla bağlı idi. Daşnak-eser-menşeviklər İrandakı ingilis qoşunlarının köməyə çağırılmasını istəyirdi, bolşevik Rusiyasının planlarını yerinə yetirən Şaumyanın komandası isə buna qarşı idi. Nəticədə birincilər Bakı komissarlarını hakimiyyətdən kənarlaşdıraraq onları Bayıl həbsxanasına salıblar. Səhərisi Bakıda eser-menşevik və daşnakların "Sentrokaspi diktaturası" qurulub.
1926 - Akademik, neft-qaz sahəsində tanınmış alim, ictimai xadim Mitəd Abbasov anadan olub. SSRİ Elmlər Akademiyasının müxbir-üzvü olub. 1991-1992-ci illərdə Azərbaycan Respublikasının dövlət katibi işləyib.
1980 – Türkiyənin Afina səfirliyinin ənəkdaşı Qalib Özmen ASALA terror təşkilatının törətdiyi sui-qəsd nəticəsində şəhid olub.
1991 - Erməni terrorizmi Azərbaycana qarşı növbəti aksiyanı həyata keçirib. Moskva-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarının Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında partladılması nəticəsində 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
2002 - Prezident Heydər Əliyev "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yardılması haqqında" fərman imzalayıb. Fərmana əsasən, Dövlət Sərhəd Xidməti Milli Təhlükəsizilik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında yaradılıb.
DOSTLARINLA PAYLAŞ: