Ölkə

Bakıda günvurma halları artıb

İyunun 5-dən indiyədək günvurma diaqnozu ilə 40 nəfər həkimə müraciət edib.

· Xəbərçi
Bakıda günvurma halları artıb
Havaların yenidən istiləşməsi ilə əlaqədar Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) günvurma ilə əlaqədar müraciət edənlərin sayı çoxalıb.

Bunu şənbə günü Trend-ə stansiyanın Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.

Onun sözlərinə görə, iyunun 5-dən indiyədək günvurma diaqnozu ilə 40 nəfər stansiyaya müraciət edib. Son iki gündə günvurma ilə əlaqədar 5 nəfər müraciət edib.

Onlardan 3-ü açıq hava şəraitində çalışan işçilər olub. Ümumilikdə indiyədək günvuran 40 nəfərdən 12-i xəstəxanaya yerləşdirilib. Qalan xəstələrə isə yardım göstərildikdən sonra evə buraxılıb.

Şərhlər