Bakı tıxaclarının əlacı
24 İyul 2012 Çərşənbə Axşamı 18:33
ANS PRESS əməkdaşı paytaxtda tikilən bir neçə avtodayanacaqdakı işlə yaxından tanış olub.
Bakı küçələrində avtomobil sıxlığı, yollarda tıxac yaxın illərdə tam aradan qaldırılacaq. BU paytaxtda 100-ə yaxın irili-xırdalı tikiləcək avtodayanacaqların hesabına baş vericək. Bu barədə Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov ANS PRESS-ə açıqlamasında bildirib: “Artıq bir neçə avtodayanacaqların tikintisinə başlanılıb. Əsas avtodayanacaqlardan biri böyüklüyünə görə “Azadlıq” meydanında yeraltı avtomobil dayanacağıdır. Bundan başqa, avtodayanacaqlar Gənclik metrosu yaxınlığında, "Yaşıl Bazar" ətrafında və digər ərazilərdə tikiləcək”.

ANS PRESS olaraq Bakıda tikilən bəzi tikilən və tikilməkdə ola avtodayanaclarda olduq. İlk öncə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən "Azadlıq” meydanında tikilən avtodayanacaqla tanış olduq. Burada artıq ərazidə qazıntı işləri aparılmışdı. Havanın isti olmasına baxmayaraq iş öz axarı ilə gedirdi. İş icraçısı Famil Hidayətovun ANS PRESS-ə verdiyi məlumata görə, iki mərtəbədən ibarət olacaq dayanacağın hər mərtəbəsində 1 300 olmaqla ümumilikdə 2 600 nəqliyyat vasitəsi yerləşəcək. Hər mərtəbənin sahəsi 32,5 min kv. metr, dayanacağın ümumi sahəsi isə 65 min kv. metr təşkil edəcək. Dayanacağa giriş-çıxış üçün 2 avtomobil və 2 piyada keçidləri tikiləcək ki, keçidlər Hökumət Evinin hər iki tərəfindən və Azadlıq prospektinə çıxacaq.

“Lakin işlər müəyyən qədər yubanıb. Səbəb isə ərazidən keçən kommunikasiya xətlərinin dəyişdirilməsində və köçürülməsində yaranan problemlərdir. Buna görə də, oll bilər ki, avtodayanacağın hazır olması müəyyən qədər vaxt aparsın”, - deyə Famil Hidayətov vurğuladı.

Bundan başqa “Qələbə meydanı”nda 600 avtomobil üçün yeraltı dayanacağın tikintisi də nəzərdə tutulur. Tikintini Nəqliyyat Nazirliyinin sifarişi ilə “Akkord” şirkəti həyata keçirir. Şirkətin ictimaiyyətlə əlaqələr departamentinin direktoru Afaq Quliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, layihə çoxşaxəli olduğuna görə, ərazidə ilk iş kimi kommunikasiya xətlərinin dəyişdirilməsi həyata keçirilib.

Layihənin tam həyata keçirilməsilə “Gənclik” dairəsində avtomobil sıxlığının aradan qaldırılmasına, ərazidə avtomobillərin maneəsiz və işıqforsuz hərəkətinin təmininə nail olunacaq.

Digər avtodayanacaq isə Nizami rayonununda 8-ci kilometr bazarın qarşısında olacaq. Dayanacağın 3 mərtəbəsi yeraltı, 4-ü isə yerüstü olacaq. Dayanacaqda eyni anda 700 avtomobil dayana biləcək.

Bakıda avtodayanacaqların tikintisinə ən çox sevinəcək yəqin ki, avtobus sürücüləri olacaq. Elşən Məmmədov adlı avtobus sürücüsü deyir ki, dayanacaqlar olarsa, onlara mane olan da az olar. “Avtobus dayanacağına girmək olmur. Maşınları elə saxlayırlar ki, dayanacağın qabağı bağlanır. Avtodayanacaqlar olsa, bizim də işimiz asan olar”.

Lakin bəzi sürücülər hazırda işləyən avtodayanacaqların həm xidmətindən, həm də xidməthaqqında narazılıq edirlər. Avtodayanacağın qeyri-münasib yerlərdə olmasından şikayət edən sürücülər də az deyil.

“Hansısa yeraltı dayanacaqda maşın saxlayanda 1 manat pul istəyirlər. Lakin yol kənarında park edirsən, bunun üçün 20 qəpik ödəyirsən. Təbii ki, bu halda mən maşını yol kənarında saxlamağa məcbur oluram”, - deyə Samir Aslanov adlı sürücü bildirir.
Müşahidələrimiz zamanı doğrudan da hazırda xidmət göstərən avtodayanacaqlardan sürücülərin az istifadə etdiyini gördük. Nizami küçəsi 340-cı məhəllədə fəaliyyət göstərən 2 mərtəbəli dayanacaqda apardığımız müşahidələr zamanı burada kifayət qədər boş yerin olduğunu gördük. “Transervis” MMC-nin müdiri Bəhram Nəcəfov ANS PRESS-ə açıqlamasında bunun səbəbini sürücülərin həm pula qənaət etmək istəməsində, həm də tənbəllik etməsində görür.

“Bizdə avtomobili saxlamaq üçün 1 saata 70 qəpik pul ödəmək lazımdır. Lakin avtomobil 24 saat qaldıqda, sürücüdən yalnız 12 saatın pulu alınır. Amma baxırıq ki, sürücülərin çoxu yaxınlıqdakı ucuz dayanacaqlara üstünlük verirlər”, - deyə B.Nəcəfov bildirdi.
Ümid edirik ki, Bakıda yeni tikilən avtomobil dayanacaqların aqibəti müşahidə apardığımız “Transervis” MMC-nin aqibəti kimi olmayacaq. Belə olarsa, Bakının tıxac probleminin aradan qaldırılması ümidlərimiz də puç olacaq.


[18:26:54] zulfiyya qurbanova:







































DOSTLARINLA PAYLAŞ:

oyunlar