Masallı rayonunun Sərçüvar yaşayış məntəqəsindən başlayan yol Türkoba, Mollakənd, Boradigah, Boladi yaşayış məntəqələrindən Lənkəran rayonuna daxil olur və Şirinsu, Liman, Veravul yaşayış məntəqələrindən keçməklə Girdəni yaşayış məntəqəsində bitir.
Bölgənin potensial iqtisadi inkişafına birbaşa təsir göstərməsi planlaşdırlan birinci texniki dərəcəli yolun ümumi uzunluğu 22,5 km, hərəkət zolağının eni 3,75 m olacaq. Eyni zamanda, yolun hər iki tərəfində 2.5 m-lik təhlükəsizlik zolaqları salınacaq.
Qeyd edək ki, 2013-cü ildə başa çatması planlaşdırılan layihədə 2 qovşaq, 2 yol ötürücüsü və çay üzərindən keçən 6 körpü nəzərdə tutulub.







Şərhlər