Rayonun Dağkəsəmən kəndində evlərə və həyətyani sahələrə zərər dəyib.
Ölkənin qərb bölgəsinə yağan güclü yağışlar Ağstafa rayonunda fəsadlar törədib. Sel rayonun Dağkəsəmən kəndində evlərə və həyətyani sahələrə ziyan vurub.
Kənd sakinlərinin sözlərinə görə, yağışın fəsadının ağır olmasına səbəb dağlarda bəndlər vasitəsilə selin qarşısının kəsilməməsi və selin birbaşa kəndə istiqamət almasıdır.
Kənd ərazisində yolboyu arxların olmasına baxmayaraq Qazax və Ağstafa rayonlarını birləşdirən yol tamamilə sel sularının altında qalıb.
Qeyd edək ki, çəkiliş apararkən rayon polis şöbəsinin əməkdaşları çəkiliş qrupumuzun baş verənləri lentə almasına müxtəlif üsullarla mane olmağa çalışırdı.
Xatırladaq ki, Dağkəsəmən kəndində bu cür vəziyyət 2009-cu ildə də olmuşdu. Həmin vaxt sel 1 kənd sakinin ölümünə səbəb olmuşdur.