Cülələrin bir gecədə ölməsinə səbəb işığın kəsilməsi olub.
Hövsanda yaşayan fermerin neçə aydır ki, əziyyətini çəkdiyi cücələr bir anın içində tələf olub. 10 ildən çoxdur ki, toyuq-cücə, mal-qara saxlayan kiçik sahibkar Nizaməli Süleymanov bəlkə də Süleyman peyğəmbər kimi quşların dilini bilsəydi, tələf olan 500 cücəsini xilas edə bilərdi.
Kiçik sahibkarın Hövsan qəsəbəsi, Zeytunluq sovxozunda şəxsi təsərrüfatı olan quşçuluq fermasında saxladığı 6 000 cücədən 500-ü tələf olub. Səhərə yaxın fermaya verilən elektrik enerjisinin kəsilməsi sahibkarın da yüzlərlə cücəsinin nəfəsini kəsib.
Suraxanı rayonun, Hövsan qəsəbəsi üzrə Elektrik Təchizatı İdarəsindən isə öyrəndik ki, işığın kəsilməsinə yağışlı hava səbəb olub. Daha doğrusu, yağış kabeli zədələyib və xəttdə partlayış baş verdiyindən Hövsan qəsəbəsi Zeytunluq sovxozu yaşayış massivinə işığın verilişi dayandırılıb. Hazırda ərazidə elektrik enerjisi bərpa olunub.