Şerq Nağılı sona çatdı
13 Sentyabr 2013 Cümə 20:47
Şerq Nağılı sona çatdı. Gencler reqs, instrumental ifa, teatr ve mahnı oxumaqla öz bacarıqlarını nümayiş etdiler.
Ölkəmizdə Azərbaycan gənclər və idman nazirliyi tərəfindən təşkil olunmuş “Şərq nağılı” festivalı sona çatdı. ANS PRESS-in məlumatına görə festivala 3 gün öncə start verilib. Umumilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Şərq Nağılı” əlilliyi olan gənclərin beynəlxalq yaradıcılıq festivalının finalı bu gün Heydər Əliyev adına sarayda baş tutdu. Bu tədbir artıq neçə ildir ki, ölkəmizdə keçirilir, amma ilk dəfədir ki, dövlət səviyyəsində beynəlxalq dərəcədə keçirilib. Azərbaycanla yanaşı daha 8 ölkədən 150 ən artıq əlilliyi olan gənclər qatılıb. Gənclər rəqs, instrumental ifa, teatr və mahnı oxumaqla öz bacarıqlarını nümayiş etdilər.
Konsert proqramına muğam ifası ilə start verilib. Sonra isə Gənclər İdman nazirliyinin sədri İntiqam müəllim səhnəyə çıxaraq hamını salamlayıb, gənclərə ürək sözlərini bildirib. Sonra isə Azərbaycan və başka ölkələrdən gələn əlillər cəmiyyətlərinin üzvləri mükafatlandırılıblar.
Festivalın simvolu Simurq quşu seçilmişdir. Simurq ədəbiyyətin rəmzidir. “Şərq nağılı” festifalında isə “Simurqu görmək” arzuya çatmaq, istədiyinə nail olmaq deməkdir. Gecənin gedişatında əlilliyə erkən başlayan körpələr səhnəyə çıxaraq “Nəlbəki” rəqsi ilə qonaqları rəqsləri ilə sevindiriblər.
DOSTLARINLA PAYLAŞ: