Macarıstanın paytaxtı Budapeştdə gənc rəssam Çingiz Mehbalıyevin “Həyatınızı rəngləyərək” adlı fərdi rəsm sərgisi keçiriləcək. ANS PRESS “AzərTAc”a istinadən xəbər verir ki, Budapeştin ən möhtəşəm saraylarından “YBL” sarayında təşkil ediləcək sərginin açılış mərasimi iyulun 9-da olacaq.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstan Milli Assambleyasının (parlamentinin) və Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Tamaş Hegedüş sərgidə çıxış edəcəklər.
Beşgünlük sərgidə rəssamın 30-dək rəngkarlıq və qrafika işləri nümayiş olunacaq.
Ç. Mehbalıyev 1986-cı ildə Bakıda ziyalı ailəsində anadan olub. Daha əvvəl realizm üslubunda rəsmlər çəkən gənc rəssamın yaradıcılığında sonradan sürrealizmin üstünlük təşkil etdiyini görmək olar.
Çingiz Mehbalıyev Budapeştdə sərgi açacaq
Gənc rəssam Çingiz Mehbalıyevin “Həyatınızı rəngləyərək” adlı fərdi rəsm sərgisi keçiriləcək.




Şərhlər