Unibank nizamnamə kapitalını artırır
15 Dekabr 2011 Cümə Axşamı 19:04
Unibank kapitallaşmasını 20 milyon manat artırmaq niyyətindədir.
“Bakı Fond Birjası” QSC-nə (BFB) “Unibank” KB ASC-nin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının qeyri-kotirovka vərəqəsinə salınmasıyla bağlı müraciət olunub. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, 20 dekabr 2011-ci il tarixindən etibarən BFB-də “Unibank”KB ASC-nin istiqrazlarının yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.
Emissiyanın dövlət qeydiyyat nömrəsi AZ200800202, emissiyanın həcmi 20 milyon manat, yerləşdiriləcək istiqrazların sayı 400 ədəd, bir istiqrazın nominal dəyəri 50 000 manat, istiqrazların tədavül müddəti 1 080 gün, istiqraz üzrə gəlirlilik 11 faiz, faiz ödəniş dövrünün müddəti 90 gün, anderrayter “Unicapital” ASC-dir.
İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.
DOSTLARINLA PAYLAŞ: