RİTN dövlət büdcəsinə 37 milyon manat köçürüb
23 Yanvar 2012 Bazar Ertəsi 21:12
Nazirliyin strukturuna daxil olan birlik və müəssisələr üzrə 302,5 milyon manat proqnoza qarşı 346,8 milyon manat gəlir əldə edilib.
2011-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxil olan birlik və müəssisələr üzrə 302.5 milyon manat proqnoza qarşı 346.8 milyon manat gəlir əldə edilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu da proqnozla müqayisədə 14,6%, ötən illə müqayisədə isə 24,9% çoxdur.
RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 2011-ci il ərzində dövlət büdcəsinə 37,0 milyon manat, DSMF-yə isə 15,6 milyon manat vəsait ödənilib.
Onu da bildirək ki, ötən il ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi ən ümdə məsələ kimi diqqət mərkəzində olub və bu məqsədlə RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 144,5 milyon manat investisiya qoyuluşu həyata keçirilib.
Ümumilikdə isə 2011-ci ildə sektora 415,0 milyon manat investisiya qoyulub ki, bu da ötən illə müqayisədə 2 dəfə çoxdur və ölkə iqtisadiyyatına qoyulan investisiyanın 3.2%-ni təşkil edir.
DOSTLARINLA PAYLAŞ: