Neftin bahalaşacağı gözlənilir
02 İyul 2012 Bazar Ertəsi 22:27
Ekspertlərin fikrincə, dünya iqtisadiyyatında neftin idxalına tələbat artacaq.
Dünya iqtisadiyyatında neftin idxalına tələbat artacaq. Bu da neft bazarında neftin qiymətində qalxma ilə müşahidə olunacaq. Buna təsir edən səbəblərdən biri iyulun 1-dən Avropa Birliyinin İran neftinin idxalına qoyduğu embarqodur. Bununla yanaşı, avronun dollarla yanaşı aşağı düşməsi, Suriya, Yəmən və Sudandan neft idxalının fasilələrlə verilməsi də öz təsirini göstərir. Belə ki, iyul-avqust aylarında neftin bir barelinin qiyməti 100 dollara qədər artacaq. Bu isə neft idxalı ilə məşğul olan ölkələrin bazarına təsirsiz ötüşməyəcək.

İran tərəfi isə bu sanksiyaların dünya iqtisadiyyatında və qlobal enerji bazarında böyük rol oynadığını, birtərəfli sanksiyaların isə legitim olmadığı və beynəlxalq normalara zidd olduğunu bildirib. “Röyters”in məlumatına görə, neftin qiymətlərinin qalxması İran tərəfinin xeyrinə işləyəcək. Belə ki, yüksək qiymətlər qoyulan embarqo nəticəsində azalan idxalı kompensasiya edəcək.

Ekspertlər isə hesab edir ki, bu sanksiyalar nəticəsində idxalda problemlər ortaya çıxacaq. Ekspert Oqtay Haqverdiyevin sözlərinə görə, İran Avropa ölkələrinə 30 faiz neft idxal edir. “Qoyulan embarqo ölkələrin idxalında başqa mənbələri axtarmalı olacaq. Bu da neftin idxalında çatışmazlıqlar yaradacaq”.

Qeyd edək ki, Avropa Birliyinin və ABŞ-ın iyulun 1-dən İrana qoyduğu embarqonun əsas məqsədi nüvə proqramı ilə əlaqədar olaraq, İrana təzyiq göstərmək və rəsmi Tehranı nüvə proqramının icrasından çəkindirməkdir.





DOSTLARINLA PAYLAŞ:

oyunlar