III Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində bir sıra sənədlər imzalanıb
28 İyun 2012 Cümə Axşamı 13:47
İmzalanan sənədlər arasında Azərbaycan Dövlət iqtisad Universiteti ilə Sankt-Peterburq Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq haqqında saziş də var.
III Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində bir sıra sənədlər imzalanıb. APA-nın məlumatına görə, imzalanan sənədlər arasında Azərbaycan Dövlət iqtisad Universiteti ilə Sankt-Peterburq Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq haqqında saziş də var. Sənədi ali məktəblərin rektorları Şəmsəddin Hacıyev və İqor Maksimçev imzalayıblar. Bundan başqa Kransodar vilayətində “Mətanət-A” zavodunun tikintisinə dair investisiya sazişinin reallaşdırılması çərçivəsində “Aqasa” şirkətinin Krasnodar vilayəti ərazisində rəsmi diler səlahiyyətlərinin müəyyənləşməsinə dair saziş imzalanıb. Sazişi Azərbaycan tərəfdən “Mətanət-A” şirkətinin baş direktoru Elxan Bəşirov və “Aqasa” şirkətinin direktoru Georgi Aqafonov imzalayıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar