Hesablama Palatası yoxlamalar aparacaq
07 May 2014 Çərşənbə 16:06
Hesablama Palatası yoxlamalar aparacaq. Audit proqramları da təsdiq olunub.
Hesablama Palatasının Kollegiya iclasında “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyi” geniş müzakirə edilərək təsdiq olunub və rəyin Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunması qərara alınıb.

Palatadan ANS PRESS-ə verilən məlumata görə, kollegiyada, eyni zamanda, dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə Gədəbəy-Qızıltorpaq-Qonaqlı yolunda Fındıxlı çayı üzərində körpünün yenidən qurulması, Goran–Naftalan avtomobil yolunun əsaslı təmiri və Şəmkir-Gədəbəy avtomobil yolunun 42-ci kilometrində Çolpan çayı üzərində körpünün tikintisinə, dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Cənub Muğan kanalı İstismar İdarəsinə və Biləsuvar Suvarma Sistemləri İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramları da təsdiq olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar