Expressbank daha bir filial açıb
02 İyul 2012 Bazar Ertəsi 18:12
Expressbankın Nərimanov filialı fəaliyyətə başlayıb.
“Expressbank”ın Bakı şəhəri, Nərimanov r-nu, Əhməd Rəcəbli küçəsi 33 C ünvanında yerləşən Nərimanov filialı fəaliyyətə başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yeni filial həm fiziki, həm də hüquqi şəxslərə tam çeşidli xidmətlər göstərəcək. Bura hesablaşma-kassa xidmətləri, cari hesabların açılması, əmanətlərin qəbulu, biznes və istehlak kreditlərinin verilməsi, bank kartlarının sifarişi, həm ölkə daxilində, həm də xarici ölkələrə pul köçürülməsi və s. digər bank xidmətləri aiddir.

Nərimanov filialına müraciət edərək müştərilər minimal sənədlə, qısa müddət ərzində müxtəlif bank xidmətlərindən istifadə edə biləcəklər. Filialın açılması ilə bankın filiallarının ümumi sayı 12-yə çatıb.

Daim müştərilərilərin rahatlığını düşünən “Expressbank” onlara daha yaxın və keyfiyyətli xidmət göstərmək üçün Bakıda bir sıra yeni filialın açılışını planlaşdırır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar