DəmirBank aksiyasının müddətini uzadıb
28 İyun 2012 Cümə Axşamı 18:26
Bankın “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” kampaniyası 1 iyun 2013-cü il tarixinədək davam edəcək.
“DəmirBank” təcili pul köçürmə xidmətləri üzrə “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” kampaniyasının müddətini 1 iyun 2013-cü il tarixinədək uzadıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən bankın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

“DəmirBank”da “Western Union” sistemi ilə köçürmə edən müştərilər həmçinin “Heyrətləndirici dünya” kampaniyasında iştirak edir. Kampaniyanın ilk tirajı 12 iyul 2012-ci il tarixində keçiriləcək. Lotereya nəticəsində 5 müştəri seçdiyi xarici ölkəyə səyahət paketi qazanacaq.

“DəmirBank” əhaliyə 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bank “Western Union”, “Bıstraya Poçta”, “Contact”, “Zolotaya Korona”, “Coinstar”, “Blizko”, “Lider”, “Migom”, “Allure”, “UPT”, “PrivatMoney” sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir. “DəmirBank” özünün “Şimşək” sistemi ilə əhaliyə ölkədaxili pul köçürmə xidmətləri də göstərir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar