Coca Cola biriniciliyi elden verib
01 Oktyabr 2013 Çərşənbə Axşamı 11:34
Apple ve Google şirketleri ötenilki qalib Coca-Cola şirketini üçüncü yere sıxışdıraraq dünyanın en bahalı brendleri siyahısına başçılıq etmeye başlayıb.
ANS PRESS-in İCTnews saytına istinadla verdiyi məlumata görə, “Interbrand” konsaltinq agentliyinin reytinqində “Apple” brendinin dəyəri 98,315 milyard dollar təşkil edir ki, bu da bir il əvvəlki nəticəni 28 faiz üstələyir.
İkinci yeri dəyəri 93,291 milyard dollar qiymətləndirilən “Google” şirkəti tutub. Bu şirkətin göstəricisi 2012-ci ildən 34 faiz daha baha olub. Bununla yanaşı, “Coca-Cola” son 10 ildə ilk dəfə olaraq brendin dəyəri üzrə birinciliyi əldən verib, “Google” isə heç vaxt belə yüksəyə qalxmayıb.
Bu il ən bahalı brendlər onluğuna 6 İT şirkəti daxildir. Yuxarıda adları çəkilən “Apple” və “Google” ilə yanaşı, “IBM”, “Microsoft”, “Samsung” və “Intel” brendləri müvafiq olaraq 78, 60, 40 və 37 milyard dollar dəyərində qiymətləndirilib.
Qeyd edək ki, brend konsaltinqdə ixtisaslaşan “Interbrand” şirkəti 1974-cü ildə təsis olunub. Şirkətlərin brendlərinin dəyərinin qiymətləndirilməsi "Interbrand” agentliyinin şəxsi metodikası üzrə aparılır.
DOSTLARINLA PAYLAŞ: