Maliyyə Nazirliyinin məlumatlarına əsasən bu ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 10,5 milyard manat daxil olmuş, büdcədən isə 9,9 milyard manat vəsait xərclənib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, büdcə xərclərinin 43,7 faizi və ya 4,3 milyard manatı iqtisadiyyatın inkişafına, 9,5 faizi (936,9 milyon manatı) təhsilə, 12,6 faizi
(1 milyard 250,9 milyon manatı) sosial müdafiə və sosial təminata yönəldilib.
Büdcənin gəlirləri ilə xərcləri arasında ümumi daxili məhsulun 1,6 faizinə bərabər və ya 651,2 milyon manatlıq profisit yarandığı bildirilir.
Büdcə xərclərinin 43,7 faizi iqtisadiyyatın inkişafına yönəlib
Xərclərin 9,5 faizi təhsilə, 12,6 faizi sosial müdafiə və sosial təminata istiqamətlənib.




Şərhlər