Bosniya və Herseqovina - Azərbaycan biznes forumu keçiriləcək
14 Fevral 2013 Cümə Axşamı 19:50
Azərbaycan nümayəndə heyəti bu ölkəyə səfər edəcək.
Gələn həftə - 18-19 fevral tarixlərində iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Bosniya və Herseqovinada səfərdə olacaq.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bosniya və Herseqovina - Azərbaycan biznes forumu keçiriləcək. Tədbirdə Azərbaycanın və Bosniya və Herseqovinanın iqtisadiyyatına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil ediləcək.
Bosniya və Herseqovinaya səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirəcək, istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olacaq.
DOSTLARINLA PAYLAŞ: