Bakıda SALUTEM dermatoloji klinikası fəaliyyətə başlayıb
02 İyul 2012 Bazar Ertəsi 14:12
Bu gün Bakıda yeni ixtisaslaşdırılmış “SALUTEM” dermatoloji klinikasının təntənəli açılış mərasimi keçirilib.
“APA-Economics”in xəbərinə görə, klinikanın əsas şüarı “Biz Sizin dərinizi sənət əsərinə çevirəcəyik”dir.

Həqiqətən də məhz “SALUTEM” klinikasında dəri, saç və dırnaqlarla bağlı bütün problemlər öz həllini tapır. Burada eləcə də müasir avadanlıqlarda laborator və ultrasəs müayinələrdən keçmək, eləcə də ən yaxşı dermatoloq və allerqoloqlardan məsləhətlər almaq mümkündür.

“SALUTEM” klinikasındakı 4D rejimi ilə təchiz olunmuş USM aparatı hələ dünyaya gəlməmiş körpənin orqanlarını real ölçüdə və həcmli formatda görmək, onun fotoşəkilini də çəkmək imkanını verir.

Geniş profilli fizioterapiya şöbəsi dərman vasitəsilə aparılan müalicəni tamamlayaraq xəstəliklərin profilaktikasını təmin edəcək. Dəri xəstəliklərində tez-tez rast gəlinən fəsadlar - çapıq, yara yerləri, dartılıb genəlmə nəticəsində əmələ gələn çapıqlar, giperpiqmentasiyadır (ləkələr). Dünyada mövcud olan ən son tibb texnologiyaları ilə təchiz olunmuş kosmetologiya şöbəsi uzun illər narahatçılığınıza səbəb olan dəri defektlərini aradan qaldırmağa yardım edəcək. Klinikanın xüsusi imkanına bütün növ döymələrin rənginin açılması da daxildir.
Klinikanın şöbələri:
• Dermatologiya
• Allerqologiya
• Dermatoloji kosmetologiya
• Trixologiya
• Laborotoriya
• USM
• Fizioterapiya
• Urologiya
• Ginekologiya
Klinikanın peşəkar mütəxəssisləri və münasib qiymətlər əhaliyə keyfiyyətli xidmət göstərmək prinsipinə əsaslanır.
“SALUTEM” tibdə yüksək standartlara doğru addımlayır: ən dəqiq diaqnostika, sürətli və keyfiyyətli müalicə, fərdi yanaşma, pasiyentlərə müsbət emosiyaların aşılanması.

Həkimlərin qəbuluna yazılmaq üçün klinikanın telefon nömrəsi: (012) 533 10 00, qaynar xətt: 988. Ünvan: N.Hikmət küçəsi, 28 A.

Qeyd edək ki, 2012-ci ildə yaradılan “SALUTEM” dermatoloji klinikası “İnfimedikal” MMC-yə məxsus əmtəə nişanıdır. “İnfimedikal” MMC Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən qeydiyyat nömrəsi 1008 olan, 071630 nömrəli Lisenziya əsasında fəaliyyət göstərir. Salutem loqosu və brendi Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi tərəfindən N 2012 0508 nomrəli Əmtəə Nişanı kimi qeydə alınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar