Hadisə

Zərgərlik sexi yandırıldı

Sexdən 800 qram qızıl külçələr oğurlayan şəxs həbs edilib

· Xəbərçi
Zərgərlik sexi yandırıldı
Sumqayıt şəhərində zərgərlik sexi qarət olunub. Sumqayıt şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, şəhərin 34-cü məhəllənin ərazisində, şəhər sakini Kamil Cəbiyevə məxsus zərgərlik sexində oğurluq hadisəsi baş verib. Açar seçmək yolu ilə sexə daxil olan şəxs 800 qram qızıl külçələr oğurlayıb. Həmin şəxs oğurluq etdikdən sonra sexə od vuraraq yandırıb.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş və oranı yandırmış şəhər sakini Emin Novruzov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər