Ötən günün kriminal xronikası
18 Fevral 2011 Cümə 18:43
Gün ərzində respublikada 54 cinayət faktı qeydə alınıb
Ötən gün ərzində respublikada 54 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onların da 25-i “isti izlər”lə açılıb, həmçinin ötən günlərdən bağlı qalan 5 cinayətin üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 5 yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Qeydə alınan 7 yanğın hadisəsi zamanı isə xəsarət alan olmayıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 36 nəfər tutularaq aidiyyati üzrə təhvil verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar