Qız toyuna bir ay qalmış dənizdə batıb
07 Sentyabr 2017 Cümə Axşamı 18:08
Şüvəlan qəsəbəsində nişanlı gənclərin faciəsi baş verib. Dənizdə çimmək istəyən cütlükdən Arzu Hacızərova güclü dalğalar səbəbindən dənizdə batıb.
Xəzər dənizində batan qızın cəsədi tapılıb.

Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə batdığı deyilən Qax rayon sakini, 1990-cı il təvəllüdlü Arzu Nazim qızı Hacızərovanın cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb.

Gənc qızın cəsədi doğulduğu Qax rayonuna gətirilib.

27 yaşlı qızın nişanlı olması məlum olub. Nişanlı cütlük – Qax sakinləri 27 yaşlı Arzu Hacızərova və 30 yaşlı Rahib Məmmədov dünən dənizdə çimmək üçün Şüvəlan çimərliyinə gediblər. Arzu Hacızərova güclü dalğalar səbəbindən dənizdə batıb, Rahib Məmmədovu isə dalğalar sahilə atıb. Rahib Məmmədov müxtəlif bədən xəsarətləri alsa da, sağ qalıb.

Qax sakinlərinin verdiyi məlumata görə, bir ay əvvəl onların nişan mərasimi olub. Yaxın vaxtlarda cütlüyün toy mərasimi olacaqdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar