Zaqatalada körpü uçub
23 Aprel 2013 Çərşənbə Axşamı 10:54
Zaqatalada uçan körpü çayın səviyyəsindən 4 metr hündürlükdə yerləşir.
Zaqatalada körpü uçub. Bu barədə APA-ya Zaqatala rayonunun Uzuntala kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə, aprelin 22-dən 23-nə keçən gecə kəndin ərazisindən keçən Qaraçay çayı üzərindəki körpü uçub. Nəticədə Uzuntala kəndinin rayon mərkəzi ilə və bir neçə kəndlə əlaqə kəsilib.

Zaqatala rayon İcra Hakimiyyəti başçısının Uzuntala kəndi üzrə nümayəndəsi Əlisət Rəcəbova açıqlamasında Qaraçay çayı üzərindəki körpünün uçması faktını təsdiqləyib. O qeyd edib ki, Balakən rayonunun Talalar kənd sakini Aydın Musayev idarə etdiyi “KamAZ” markalı, 08 BC 773 dövlət nömrə nişanlı yük maşını ilə körpünün üzərindən keçərkən körpü ağırlığa tab gətirməyərək uçub. Ə.Rəcəbova hadisə baş verən zaman yük maşınında 21 ton un olduğunu bildirib.

Qeyd edək ki, Qaraçay çayı üzərindəki körpü ötən əsrin 80-ci illərində inşa edilib, uzunluğu 10 metrdir və çayın səviyyəsindən 4 metr hündürlükdə yerləşir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar