Zaqatala şəhərində sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanıb. ANS PRESS-in Fövqaladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə nəticəsində yaralanan olmayıb.
Yanğın saat 20:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Zaqatalada ev yanıb
Birmərtəbəli, 2 otaqlı evin bəzi hissələri yanğından mühafizə olunub.




Şərhlər