Yumurta qabından narkotik çıxdı
12 Sentyabr 2013 Cümə Axşamı 12:35
Məhkima gətirilən dost sovqatının içərisindən narkotik maddə aşkar edilib.
Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. ANS PRESS-in Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə istinadən verdiyi məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1993-cü il təvəllüdlü, məhkum İmdulla Bəxtiyar oğlu Qasımova dostu vətəndaş Zaur Müstəcəb oğlu Ağayevin gətirdiyi sovqata baxış keçirilən zaman yumurta yığılan karton qabın içərisinə xüsusi üsulla yerləşdirilmiş xalis çəkisi 17,684 qram olan narkotik vasitə tiryək və 2,65 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Zaur Müstəcəb oğlu Ağayevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq; təkrar törədildikdə); 181.2.1 (Quldurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə); 181.2.2 (Quldurluq; təkrar törədildikdə); 181.2.5 (Quldurluq; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə); 66.3 (Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi); 71.5 (Şərti məhkumetmənin ləğv edilməsi və ya sınaq müddətinin uzadılması); 67.1 (Hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddələri ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar