Hadisə

Yük maşını yandı

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

· Xəbərçi
Yük maşını yandı
Oğuz rayonunda yanğın hadisəsi qeydə alınıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Oğuz rayonu, Sincan kəndində vətəndaşa məxsus “Ural” markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış ot bağlamaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 21:58 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər