Yeznə qaynını bıçaqlayıb
17 Oktyabr 2009 Şənbə 19:30
Qubada yeznə qaynını bıçaqladı. Hadisə səhər radələrində baş verib.
Bu gün Quba şəhərinin Amsar kəndində “Birja” ticarət mərkəzinin yaxınlığında bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə səhər 09.30 radələrində baş verib. Quba şəhər polis bölməsinin növbətçi hissəsindən ANS PRESS-in xüsusi müxbiri Aytekin Abxaslıya verilən məlumata görə, bıçaqlanma yeznə ilə qayın arasında baş verib.

Məlumata görə, 1986-cı il təvəllüdlü Rəhman Novruz oğlu Zəkiyev yeznəsi 1972-ci il təvəllüdlü Anar Əlsafa oğlu Məmmədov tərəfindən bıçaqlanıb. Zərərçəkən sağ qoltuğunun ön səthinin deşilmiş yarası ilə Bakı şəhər Respublika Eksperimental Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən Anar Məmədov isə yaxalanıb və barəsində cianyət işi açılıb.

Xəbər barədə ətraflı ANS –in Növbətçi verilişində tanış ola bilərsiniz. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar