Yaşayış evinde güclü partlayış
07 Dekabr 2013 Şənbə 10:40
Partlayışdan sonra ev yanaraq küle dönüb.
Bu gece Şekinin Aşağı Şabalıd kendinde yaşayış evinde güclü partlayış baş verib. ANS PRESS-in bölge müxbirinin verdiyi melumata göre, partlayışdan sonra evde güclü yanğın başlayıb.
Bele ki, Qurbaneli Hacıbala oğlu Cebrayılova mexsus, ümumi sahesi 120 kvadratmetr olan, 2 otaqlı ev eşyaları ile birlikde tamamile kül olub. Hadise yerine Fövqelade Hallar Nazirliyinin Şeki rayon Dövlet Yanğından Mühafize Hissesinin 2 yanğınsöndürei celb olunub. Lakin yanğınsöndürenler hadise yerine yetişende artıq ev tamam alova qerq olubmuş. Yanğını söndürmek mümkün olmayıb. Eve yaxın yarımçıq tikili yanğından mühafize olunub.
İlkin ehtimala göre evde qaz sızması neticesinde baş veren partlayış sonda yanğına sebeb olub.
DOSTLARINLA PAYLAŞ: