Yaşayış evi kül oldu
06 İyul 2013 Şənbə 11:16
Yanğın nəticəsində evin əşyaları yanıb.
İmişlidə yaşayış evi yanıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İmişli rayonu, Sarıxanlı kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 170 kv.m sahədə və ev əşyaları yanıb. Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Yanğın saat 20:18 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar