Yanacaqdoldurma məntəqəsinə basqın edilib
05 Mart 2013 Çərşənbə Axşamı 13:21
Cinayəti törədən şəxs saxlanılıb.
İmişlidə yanacaqdoldurma məntəqəsinə basqın olub. ANS PRESS-in Cənub TV-yə istinadən verdiyi məlumata görə, İmişli rayonunda yanacaqdoldurma məntəqəsinə basqın olub. Rayon polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs saxlanılaraq polis şöbəsinə gətirilib.

Hadisə martın 2-si gecə saat 04:00 radələrində baş verib. Belə ki, sərxoş halda olan 17 yaşlı Hümbətzadə Anar Məşədi Əzizbəyov küçəsindəki Cəbiyev Arifə məxsus yanacaqdoldurma məntəqəsinə basqın edib. Məntəqədə operator işləyən Emin Hüseynovun əl-qolunu bağlayıb. Daha sonra məntəqə işçisini hədələyərək ondan pul tələb edib.

Hadisəni törətməkdə təqsirli bilinən şəxs pulu götürərək aradan çıxıb. Səhər saat 6 radələrində paytaxta yola düşmək üçün İmişli-Bakı marşrutu üzrə hərəkət edən elektirik qatarına minib. Lakin aradan çıxmağa müyəssər olmayıb. Aparılan əməliyat axtarışları nəticəsində Anar Hümbətzadə Qaradağ rayonu ərazisində saxlanılıb.

Saxlanılan şəxs törətdiyi cinayəti etiraf etsə də, içkili olduğu üçün hadisəni tam xatırlamadığını bildirib. Əvvəllər də məhkumluq həyatı yaşayan Hümbətzadə Anar törətdiyi əməldən peşman olduğunu deyib.

Hazırda faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4, yəni soyğunçuluq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar