XIX əsr tarixi abidəsi olan məscid yandı
01 Noyabr 2013 Cümə 23:17
Yanğın səbəbindən kənndə 50-ə yaxın ev işıqsız qalıb.
Dünən gecə saatlarında İsmayıllıdan 45 km məsafədə yerləşən Sulud kəndindəki XIX əsrə aid məscid yanaraq külə dönüb. Məscid 1920-ci illərə qədər əhali tərəfindən geniş ibadətgah məkanı kimi istifadə edilsə də, lakin sonradan bir müddət dini və orta məktəb kimi, daha sonra isə kənndə anbar kimi istifadə edildiyindən tam yararsız vəziyyətə düşüb.
Həmin məscid XVIII əsrin sonları, XIX əsrin əvvəllərində iki otaq, 7 pəncərə və bir minarədən ibarət iki mərtəbəli çay daşından hörülmüş bina olub. Dünən isə naməlum səbəbdən od tutaraq yanıb. Həmin məscid kənd sakini Feyzulla Hüseynovun evinə tam yaxın olduğundan hadisənin şahidləri də həmin ailənin sakinləri olub. Onlar hadisənin anidən partlayışla hiss etdiklərini və minarə hissəsindən alışdığını bildirdilər.
Hadisə yerinə gələn işıq mühəndisi isə dərhal elektrik xəttlərini kəsdiyindən kənndə 50-ə yaxın ev işıqsız qalıb, hazırda isə 10 evdə elektirk verilişi dayandırılıb.
Hadisə yerinə bir saatdan sonra FHN-nin İsmayillı rayon üzrə Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunduğundan məsciddəki yanğın söndürülərək ətraf tikintilərə və evlərə keçid alınmasının qarşısı alınıb.
DOSTLARINLA PAYLAŞ: