Xırdalanda er-arvad aptek soyub
30 Sentyabr 2013 Bazar Ertəsi 13:23
Er-arvad Xırdalanda satıcını bıçaqla hədələyərək 950 manat pul aparıblar.
Ötən gün Xırdalan şəhərində ər-arvad aptekə basqın edib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər ərazisindəki aptekə gələn 2 naməlum şəxs orada satıcı işləyən Aynur Abdullayevanı və Sevinc Zeynalovanı bıçaqla hədələyib oradan 950 manat pul aparıblar.
Abşeron rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Məhəmmədəli Muradov və onun arvadı Nurlana Əsədova tutulublar. Araşdırmalar zamanı Məhəmmədəli Muradovun əvvəllər də məhkum həyatı yaşadığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: