Hadisə

Xəzərdə batan 2 nəfər xilas edilib

Balıqçılar təhlükədən qurtulub.

· Xəbərçi
Xəzərdə batan 2 nəfər xilas edilib
Bakıda batmaq təhlükəsi ilə üzləşən 2 şəxs xilas edilib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 3 km məsafədə, nəzarət olunmayan ərazidə) 2 nəfər balıq tutarkən batma təhlükəsi ilə üzləşib.

Xidmətin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Hər iki şəxs görülən tədbirlər nəticəsində xilas edilib.

Şərhlər