Xəzər rayonunda sərnişin avtobus yanıb
Xəzər rayonunda "Otoyol" markalı sərnişin avtobusunun mühərrik və salon hissəsi yanıb.
Bakda avtobus yanıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Xəzər rayonunda "Otoyol" markalı sərnişin avtobusunun mühərrik və salon hissəsi yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.




Şərhlər