Xəstələrə təcavüz edən həkim saxlanılıb
19 Avqust 2009 Çərşənbə 14:35
66 yaşlı Roger.A. Braziliyanın ən məşhur həkimidir

Braziliyada xəstələrinə təcavüz edən həkim həbs edilib. 66 yaşlı Roger A. San Paulo şəhərindəki klinikasında onlarla qadına təcavüz etməkdə təqsirləndirilir.

Süni mayalanma ilə məşğul olan Braziliyanın ən məşhur həkimlərindən biri sayılan Rogerin müştəriləri ölkənin kübar cəmiyyətinin tanınmış qadınları olub. Həkim müştərilərinə narkoz verdikdən sonra onlara təcavüz edirmiş. O, klinikaya polis tərəfindən edilən basqın nəticəsində tutulub. Buna səbəb isə, 53 qadının polisə şikayət etməsi olub.

Beş uşaq, 12 nəvəsi olan həkim vəkili vasitəsilə özünü müdafiə edib. O deyib ki, klinikasında süni mayalanma üsulu ilə 6 min körpənin dünyaya gəlməsinə köməklik göstərib və o bu hərəkəti ilə heç bir qanun pozuntusuna yol verməyib.  /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar