Ukraynanın Xarkov şəhərində azərbaycanlılar döyülüb. ANS PRESS-in "Seqondya"ya istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 19-da Xarkovun mərkəzindəki Petrovski küçəsində yerləşən "Laquna" kafe-barı yaxınlığında baş verib.
Hadisə şayidlərinin sözlərinə görə, onlar gecə saat 3 radələrində 3 nəfər yerli sakinin 5 azərbaycanlını döydüyünü görüblər.
İndi yerli sakinlər "Xarkovsayağı Biryulevo" iğtişaşlarının baş verəcəyindən ehtiyatlanırlar. "Dostluq" Azərbaycan-Ukrayna icması isə hadisələrin bu cür inkişafını istisna edir. İcma sədri Murad Ömərov Xarkovda azərbaycanlılarla yerli sakinlər arasında heç bir problemin olmadığını bildirib.
Xarkovda azərbaycanlılar döyüldülər
İndi yerli sakinlər "Xarkovsayağı Biryulevo" iğtişaşlarının baş verəcəyindən ehtiyatlanırlar.




Şərhlər