Hadisə

Xaçmazda evləri su basdı

Hadisə yerinə xilasedicilər cəlb olunub.

· Xəbərçi
Xaçmazda evləri su basdı
Xaçmaz rayonu, Xudat şəhərində su ötürücü yağış sularının təsirindən daşıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nəticədə, bəzi ərazilər, o cümlədən bir neçə fərdi evin həyətyanı sahəsi su ilə dolub.

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin müvafiq qüvvə və texnikası rayon icra hakimiyyətinin qüvvələrilə birgə hadisə rayonunda yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb.

Şərhlər