Ülker Qasımovanın evi qaret olunub
30 Sentyabr 2013 Bazar Ertəsi 15:29
APA TV-nin baş produseri Ülker Qasımovanın evi qaret edilib.
Bakıda jurnalsitin evi qarət olunub. APA TV-nin baş produseri Ülkər Qasımovanın evi qarət edilib. Bu barədə APA-ya Ülkər Qasımova özü məlumat verib. Onun sözlərinə görə, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 63, mənzil 143 ünvanında yerləşən evdə sentyabrın 21-dən 29-dək heç kim olmayıb. Evdə heç kimin olmamasından istifadə edən naməlum şəxslər mənzilə daxil olaraq 2400 ABŞ dolları, 200 avro, 3100 manat və qızıl-zinət əşyaları oğurlayıblar.
Zərərçəkən hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdiklərini və hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsi tərəfindən araşdırmalara başlandığını qeyd edib. Hadisə yerinə baxış keçirən polis əməkdaşları zəruri ekspertizaların həyata keçirilməsi üçün bəzi nümunələr götürüblər.
Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən faktı təsdiqləyiblər.
Bildirilib ki, hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: