Hadisə

Türkiyə hərbçisi Bakıda öldü

Onun dəm qazından zəhərləndiyi bildirilir

· Xəbərçi
Türkiyə hərbçisi Bakıda öldü
Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Engin Erkman Yıldızeli Bakıda dəm qazından zəhərlənərək ölüb.

ANS PRESS-in Haberler.com saytına istinadən verdiyi məlumata görə, 44 yaşlı Engin Yıldızelinin meyidi yaşadığı evdə tapılıb.

Kapitan rütbəsi daşıyan, təqaüddə olan Engin Yıldızelinin cənazəsi Balıkəsirdə hərbi mərasimlə torpağa tapşırılıb.

Şərhlər