Türkiyə Birandla vidalaşır
19 Yanvar 2013 Şənbə 10:26
Tanınmış jurnalistin dəfnində prezident Abdullah Gül də iştirak edəcək.
Türkiyə mətbuatı Mehmet Ali Biranda vida edir. Usta jurnalist və teleaparıcı bu gün İstanbulda dəfn ediləcək. ANS PRESS-in CNN Türk-ə istinadən verdiyi məlumata görə, tanınmış jurnalistlə vida mərasimi yerli vaxtla saat 10.00-da illərdir çalışdığı Doğan TV binasında olacaq.
Daha sonra cənazə Teşvikiye məscidinə aparılacaq. Cənazə namazından sonra Mehmet Ali Birand ailə qəbiristanlığında dəfn ediləcək.
Dənf mərasimində Türkiyə prezidenti Abdullah Gül, CHP lideri Kamal Kılıçdaroğlu, baş nazirin müavini Bülent Arınç, Avropa Birliyi naziri Egemen Bağış və Ədalət və İnkişaf Partiyasının sədr müavini Hüseyin Çelik də iştirak edəcək.
DOSTLARINLA PAYLAŞ: