Toyda qanlı dava baş verib
30 Oktyabr 2013 Çərşənbə 13:30
İnsidente sebeb toy sahibinin maşını doğru yerde saxlamaması olub.
Bakı şeher Baş Polis İdaresi Sabunçu rayonunda keçirilen toy merasiminde baş vermiş qanlı hadise ile bağlı melumat yayıb. İdarenin metbuat xidmetinden ANS PRESS-e verilen melumata göre, oktyabrın 29-da Mehmandarov küçesinde Bakı şeher sakinleri - Xaleddin ehedov, Eldar Memmedov ve Ferid Cerullayev bıçaq xesaretleri ile 3 saylı xestexanaya yerleşdirilib.
Sabunçu RPİ 13-cü PB emekdaşlarının keçirdiyi emeliyyat tedbirleri neticesinde cinayetde şübheli bilinen Taleh Tağıyev tutulub.
Qeyd edek ki, hadise Bakıxanov qesebesindeki “Firuze” şadlıq sarayının heyetinde baş verib.
ANS PRESS-in "Qafqazinfo"ya istinadla verdiyi melumata göre, hadiseye sebeb toy sahibinin Xaleddin adlı qonşusunun maşını doğru yerde saxlamaması olub. Sürücünün maşını diger avtomobillerin hereketine mane olan istiqametde saxlaması qarşıdan gelen avtomobilin sahibinin qezebine sebeb olub.
Bu zaman sürücü ile toy sahibinin qonşusu Xaleddin arasında dava düşüb. Qezeblenen sürücü Xaleddine 5 bıçaq zerbesi endirib. Hadiseni aydınlaşdırmağa gelen toy sahibinin qohumu Eldar Memmedov da üreyinden bıçaqlanıb, lakin bıçaq derine getmediyi üçün veziyyeti yaxşıdır.
DOSTLARINLA PAYLAŞ: