Ötən gecə Cəlilabadda toyda qanlı hadisə baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Astanlı kəndində qeydə alınıb. Qanlı hadisə Faiq Məmmədovun toy məclisində baş verib.
Belə ki, 1974-cü il təvəllüdlü Fuad Məmmədov 1978-ci il təvəllüdlü İlkin Məmmədovu bıçaqlayıb. Nəticədə İlkin Məmmədov hadisə yerində ölüb. Onların qohum olduğu bildirilir.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Toy vaya döndü
Cəlilabada qohumlar toya qan saldılar.




Şərhlər