Avqustun 18-də saat 23 radələrində Şəmkir rayon sakini Tovuzda bıçaqlanıb. O, nəməlum şəxs, yaxud şəxslər tərəfindən küt alətlə döyülüb, daha sonra bir neçə yerindən bıçaqlanıb. ANS PRESS-in "ganca.az"a istinadən verdiyi xəbərə görə, bıçaqlanan gənc xəstəxanaya çatdırılsa da, onyn həyatını xilas etmək mümkün olmayıb.
Tovuz rayon Polis Şöbəsindən verilən məlumata görə, yaralı Tovuzun Alakol kəndindən Bakı-Qazax yoluna çıxan ərazidə, “VAZ 2106” markalı avtomobilin yanında tapılıb. Hadisə ilə bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır. /ANS PRESS/