Tovuz rayonunda Mərkəzi bazar yandı
20 Sentyabr 2013 Cümə 11:23
Tovuz rayonundakı yanğında bir dükan kül olub.
Tovuz rayonunda yanğın olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə gecə saat 23:00 radələrində rayonun mərkəzi bazarına bitişik olan Əhəməd Zeynalova məxsus ərzaq mağazasında baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.
Hadisə şahidlərinin sözlərinə görə, şiddətli alov ətraf dükanlara yayıldığından bir neçə obyektə ziyan dəyib. Yanğın baş verən 40 kvadrat olan mağaza isə tamamilə yanıb.
Mağaza sahibinin sözlərinə görə, mağazada ərzaqla yanaşı kənd təsərrüfat malları da satılırmış. Yanğından mühafizə şöbəsinin əməkdaşının sözlərinə görə, yanğının sürətlənməsində əsasən alışmaya meyilli olan təsərüfat mallarının olması səbəb olub.
DOSTLARINLA PAYLAŞ: