Bu gecə Tərtər rayonunun Xoruzlu kəndində "Günəbaxan tumları" emalı sexinin ərazisində yanğın olub.
ANS PRESS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, sexin ərazisində ayrı tikilmiş ümumi sahəsi 28 kv.m olan köməkçi tikilinin içərisinə yığılmış 600 kq tum qalıqlarının 200 kq-ı yanıb. Köməkçi tikili və tum qalıqlarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21.40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Tərtərdə günəbaxan sexində yanğın olub
Yanğın saat 21.40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.




Şərhlər