Taxıl sahesi yandı
    03 İyun 2013 Bazar Ertəsi 05:27
    Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
    
                	 
    
         Azərbaycanda taxıl və otlaq sahəsi yanıb.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Cəlilabad rayonu, Uzuntəpə kəndində 3 ha biçilmiş taxıl və 2 ha biçilməmiş taxıl sahəsi (ümumi 4 ha) yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.
İmişli rayonu, Cahar kəndində (rayon mərkəzindən 10 km aralı) 4 ha otlaq sahəsi yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub.
Hər iki halda yanğın saat 19:30 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.
DOSTLARINLA PAYLAŞ: