Şüvəlan çimərliyində iki nəfər boğulub
01 Avqust 2009 Şənbə 13:55
Şüvəlan çimərliyində iki nəfər boğulub. Boğulanlardan birinin meyidi sudan çıxarılmayıb.

 

Bakının Şüvəlan çimərliyində iki nəfər boğulub. Daxili İşlər Nazirlyinin məlumatıma görə, Əzizbəyov rayonu Şüvəlan çimərliyində batanlar Ramana qəsəbə sakini Samir Məhərrəmov və Lökbatan qəsəbə sakini Elvin Cahangirovdur. Onlar saat 19.00 radələrində suda batıblar.

S.Məhərrəmovun meyiti sudan çıxarılsa, digər şəxsin cəsədini tapmaq mümkün olmayıb. E.Cahangirovun meyitinin axtarışları davam etdirilir.

Faktla bağlı araşdırmalar aparılır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar